Bir qrup məktəbli “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) olub.

Şagirdlər AzTV-də yaradılmış peşəkar mühit və infrastrukturla tanış olublar. IT və texnologiya profilləri üzrə maraqlanan məktəblilər QSC-yə ekskursiya zamanı həmçinin studiyaları gəziblər. Bundan başqa, onlar verilişlərin necə hazırlandığı ilə  maraqlanıb, əməkdaşlarımızla həmsöhbət olublar.